Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:23

Müxalifət partiyalarının qurultayının keçirilməsi təklif edilir


Azərbaycanda yeni müxalifətin yaradılması istiqamətində ilk addım atıldı. «Bizim Azərbaycan» bloku fevralın 6-da keçirdiyi mətbuat konfransında müxalifətin bir araya gəlməsi üçün müxalifət partiyalarının qurultayının keçirilməsini təklif edib.


Blokun sədri Vüqar Bəyturan Azərbaycan müxalifətinin pərakəndə fəaliyyətinin səmərəsizliyinin göz önündə olduğunu deyib. Buna görə də, blok siyasi qüvvələrə bir araya gəlmək üçün müraciət etmək niyyətindədir.


«Bizim Azərbaycan» bloku 2003-cü ildə prezident seçkisində iştirak etmək üçün yaradılıb. Bloka 10-a yaxın partiya daxildir.


XS
SM
MD
LG