Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:49

Hüseyn Arabula qarşı ittiham irəli sürülüb


Hüseyn Arabulun özündən son ittihamlarla bağlı münasibət almaq mümkün olmayıb

Hüseyn Arabulun özündən son ittihamlarla bağlı münasibət almaq mümkün olmayıb

Respublika Prokurorluğu «Barmek-Azərbaycan» şirkətinin prezidenti Hüseyn Arabula qarşı vəzifə səlahiyyətindən sui-istifadə, vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb və ondan ölkəni tərk etməmək barədə iltizam alınıb.


Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyevin «Azadlıq» radiosuna bildirdiyinə görə, prokurorluq «Barmek-Azərbaycan» ASC-nin hazırda həbsdə olan vəzifəli şəxslərinin işi üzrə istintaqını da başa çatdırıb və hazırda istintaq materialları tanış olmaq üçün müttəhimlərə verilib. Bundan sonra iş məhkəməyə göndəriləcək.


İstintaqı Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb.


Hüseyn Arabulun özündən son ittihamlarla bağlı münasibət almaq mümkün olmayıb.


Türkiyə şirkəti olan «Barmek-Azərbaycan» 2002-ci ildən Bakı, Sumqayıt şəhərləri və Azərbaycanın şimal-qərb rayonlarında enerji paylanması ilə məşğul olub. Hökumət onu müqavilə öhdəliklərinə əməl etməməkdə ittiham edib və 25 illiyə bağlanmış müqaviləyə 4 il sonra 2006-cı il noyabrında xitam verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG