Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:03

«Kosovo ilə Dağlıq Qarabağ arasında paralellər yersizdir»


Tahir Tağızadə, 21 iyun 2006

Tahir Tağızadə, 21 iyun 2006

Kosovo ilə Dağlıq Qarabağın statusu arasında paralellər aparmaq bir sıra səbəblərə görə, yersizdir. Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə belə hesab edir. Onun sözlərinə görə, birincisi, Kosovoda söhbət ölkədaxili, etnik qruplararası əlaqələrdən gedir. Azərbaycanla bağlı məsələyə gəlincə isə, burda beynəlxalq aləm tərəfindən tanınan bir suveren dövlətin başqa bir dövlətə təcavüzü müzakirə mövzusudur: «İkincisi, Yuqoslaviya Sosialist Federativ, Sovet İttifaqı isə psevdofederativ respublika olub. Üçüncüsü, Serbiya və Çernoqoriya respublikası federativ bir dövlət idi, Azərbaycan isə unitar dövlətdir. Dördüncüsü, Kosovo muxtariyyət statusuna malikdir, Dağlıq Qarabağın muxtar statusu isə Azərbaycan Milli Məclisi tərəfindən ləğv edilib».


Cənab Tağızadəyə görə, sadalanan bu dörd fərq iki regiondakı vəziyyəti bir-birindən tamamilə fərqləndirir.


Fevralın 2-də BMT Baş katibinin xüsusi nümayəndəsi Martti Ahtisaari rəsmən Serbiyanın tərkibində olan Kosovo vilayətinin gələcək siyasi statusuna dair beynəlxalq plan təqdim edib. Amma o, jurnalistlərə həmin planın detallarından danışmayıb. Ahtisaari planının Kosovonun müstəqilliyinə yol açdığını bildirən Serbiya prezidenti isə bununla heç vaxt razılaşmayacağını bildirib.


Günün bütün mövzuları

XS
SM
MD
LG