Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:13

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi mediadakı vəziyyətlə bağlı hesabat yayıb


Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (BJMK) 2006-cı ildə mediadakı vəziyyətlə bağlı hesabatını yayıb. Sənəddə Azəbaycanla bağlı bildirilir ki, «Monitor» jurnalının təsisçisi və redaktoru olan Elmar Hüseynovun qətlinin üstü hələ də açılmayıb.


Qurum eyni zamanda, il ərzində bir neçə jurnalistin döyüldüyünü, bəzi jurnalistlərinsə həbs olunduğunu bildirir.


Hesabatda o da deyilir ki, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Miklos Haraşti media azadlığı ilə bağlı narahatlıq bildirsə də, bunun heç bir nəticəsi olmayıb.


Komitə Azərbaycan Mətbuat Şurasına istinadən bildirir ki, 2006-cı ildə jurnalistlərə qarşı zorakılığın çoxsaylı olması bunu törədənlərin cəzalandırılmamasından irəli gəlib.


Günün bütün mövzuları

XS
SM
MD
LG