Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:37

ABŞ Dövlət katibinin müşavirinin müavini Xaçmazda olub


ABŞ Dövlət katibinin müşavirinin müavini, xanım Hollin Qrafi fevralın 5-i axşam saatlarında Birləşmiş Ştatlarda təhsil alıb qayıdan azərbaycanlılarla görüşəcək.


Fevralın 5-i səhərsə Hollin Qrafi Xaçmazda Amerika guşəsinin və icma layihəsinin açılışında iştirak edib. Yeni yol çəkilişi, transformator və elektrik xətlərinin quraşdırılması, məktəb təmirini əhatə edən icma layihəsinin açılışdan sonra o, Qubanın əsasən yəhudilər yaşayan «Qırmızı» qəsəbəsinə yollanıb. Səfərdə məqsəd, Azərbaycandakı dini tolerantlığın bir nümunəsi kimi qəsəbədəki yəhudilərlə tanış olmaq, onların qayğılarını öyrənmək olub.


Açılış mərasimində ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Ders, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev və bir sıra başqa rəsmilər də iştirak ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG