Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:03

«Azərbaycan kapital ixrac edən ölkəyə çevrilməlidir»


Millət vəkili Ziyad Səmədzadə

Millət vəkili Ziyad Səmədzadə

«Neft gəlirlərindən ölkə çoxlu vəsait əldə edib. Bunun nəticəsində Azərbaycan yaxın gələcəkdə həm də kapital ixrac edən ölkəyə çevrilməlidir». Bunu Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri Ziyad Səmədzadə fevralın 5-də parlamentin Böyük Britaniyanın «Links» təşkilatı ilə birgə iqtisadi inkişafın yeni keyfiyyət fəaliyyətinin predmetləri və maliyyə resurslarından istifadə problemləri mövzusunda keçirdiyi konfransda deyib. Onun sözlərinə görə, kapitalın xaricə yönəldilməsi ilk növbədə, ölkə iqtisadiyyatına inflyasiya təzyiqinin azaldılmasına səbəb ola bilər. Digər tərəfdən, Azərbaycanın qloballaşan dünyadakı imkanları genişlənər.



Ziyad Səmədzadə hesab edir ki, əgər bu inkişaf tempi saxlanılarsa, Azərbaycan gələcəkdə borc alan ölkədən borc verən ölkəyə çevrilə bilər. Bu baxımdan Azərbaycanın kreditor ölkə imicinin yaradılmasına ehtiyac var.



Cənab Səmədzadənin sözlərinə görə, maliyyə imkanlarının artması Azərbaycanın 21-ci əsr üçün inkişaf strategiyasının prioritetlərini müəyyənləşdirməyə imkan verib.


Günün bütün mövzuları

XS
SM
MD
LG