Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:39

İtaliya futbolu siyasətçilərin diqqət mərkəzində...


UEFA prezidenti Mişel Platini İtaliya hakimiyyətinin qərarını dəstəkləyib

UEFA prezidenti Mişel Platini İtaliya hakimiyyətinin qərarını dəstəkləyib

İtaliya hökuməti futbol ətrafında yaranmış vəziyyəti normallaşdırmaq üçün fövqəladə komissiya yaradır. Bu bəyanatla fevralın 4-də İtaliya Futbol Federasiyasının prezidenti Luka Pankalli çıxış edib.


Ötən cümə günü bu ölkədə «Kataniya» və «Palermo» komandalarının oyunu zamanı futbol xuliqanları ilə polis arasında dava düşüb. 70 azarkeş yaralanıb, bir polis əldəqayırma bomba ilə qətlə yetirilib. 20 adam həbs olunub, hal-hazırda istintaq aparılır.


İtaliyanın Baş naziri Romano Prodi bazar ertəsinə Daxili İşlər və İdman nazirləri ilə xüsusi görüş təyin edib. Burada futbol stadionlarında zorakılığa qarşı tədbirlər müzakirə olunacaq.


UEFA prezidenti Mişel Platini bütün futbol yarışlarını dayandırmaq barədə İtaliya hakimiyyətinin qərarını dəstəkləyib.


XS
SM
MD
LG