Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:27

Dağıstanın Daxili İşlər nazirini öldürməyə cəhd olunub


Dağıstanın hüquq-mühafizə orqanları Mahaçqalada üç milis əməkdaşının qətlini araşdırır.


Güman edilir ki, əsas hədəf Daxili İşlər naziri Adilqiray Maqomedtahirov olub.


Ötən gecə Mahaçqalada öz evi yaxınlığında müstəntiq Maqsud Maqomedov güllələnib. Cinayət yerinə gedən Daxili İşlər nazirinin olduğu maşın və onu müşayiət edən avtomobillərin yolunda iki partlayıcı qurğu işə düşüb. Milis mayoru Maqomed Osmanov və sürücü Aleksetv Jdanov həlak olublar.


XS
SM
MD
LG