Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:08

Fövqəladə Hallar Nazirliyi güclü küləyin ciddi ziyan vurduğu rayonlara tikinti materialları göndərib


Azərbaycan Fövqəladə Hallar Nazirliyi yanvarın 29-da ölkə ərazisində əsən güclü küləyin bir sıra rayonlara vurduğu ziyanı müəyyənləşdirib.


Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyalarının yerlərdə apardıqları araşdırma nəticəsində məlum olub ki, güclü külək Yardımlı rayonunda 19 orta məktəb və 5 xəstəxanaya;


Astara rayonunda 5 orta məktəb və 3 xəstəxanaya;


Lənkəran şəhərində 4 orta məktəb və 1 uşaq bağçasına;


Ağdam rayonunda 14 orta məktəb və 9 xəstəxanaya;


Ağcabədi rayonunda 2 orta məktəb və 2 xəstəxanaya;


Tərtər rayonunda 8 orta məktəb, 2 xəstəxana və 1 uşaq bağçasına; Daşkəsən rayonunda 10 orta məktəb, 6 uşaq bağçası və 7 xəstəxanaya; Goranboy rayonunda 1 orta məktəbə;


Beyləqan rayonunda isə 8 orta məktəbə ziyan vurub.


Güclü küləyin vurduğu ziyanın aradan qaldırılması məqsədilə fevralın 3-də yuxarıda qeyd olunan rayonlara 4600 ədəd şifer, 8 kub metr taxta, 1200 kvadrat metr şüşə yola salınıb.


XS
SM
MD
LG