Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:25

Neftçala rayon sakininin qanı «quş qripi»nə qarşı analiz ediləcək


Boyat kəndində ev və çöl quşları arasında kütləvi tələfat yoxdur

Boyat kəndində ev və çöl quşları arasında kütləvi tələfat yoxdur

Fevralın 2-də Neftçala rayonunun Boyat kənd sakini, 1969-cu il təvəllüdlü Zeynalova Zəminə Gülsəfa qızında ikitərəfli bronxopnevmoniya əlamətləri müşahidə edildiyi üçün Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirilib.


Neftçala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov «Azadlıq» radiosuna bildirib ki, «quş qripi» ilə sətəlcəmin əlamətləri oxşar olduğu üçün hər ehtimala qarşı xəstə Bakıya aparılıb. Kəndin digər sakinləri arasında isə şübhəli xəstəliyin əlamətləri müşahidə olunmur.


Dövlət Baytarlıq Xidmətinin Neftçaladakı idarəsinin baş həkimi Əbülfəz Məlikov isə dedi ki, rayonda, o cümlədən Boyat kəndində ev və çöl quşları arasında kütləvi tələfat yoxdur. Ancaq hər ehtimala qarşı xəstə Zeynalovanın həyətindəki toyuq və qazlardan götürülmüş nümunələr fevralın 3-ə Bakıdakı laboratoriyaya göndərilib, Boyat kəndində dezinfeksiya işlərinə başlanıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG