Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:25

Dünya Bankı Azərbaycanda lisenziya almağın müddətini azaltmaq istəyir


Dünya Bankının nümayəndəsi Simeon Dyankov Azərbaycanda səfərdədir. O, fevralın 2-də müəllifi olduğu «Doing Business» hesabatlar seriyasını təqdim edib. Cənab Dyankov deyir ki, Azərbaycanın biznes və investisiyalar üzrə beynəlxalq reytinqini yaxşılaşdırmaq üzrə hökumətlə işləmək, lisenziyalaşdırma, rəqabət siyasəti və investisiya qanunvericiliyilə bağlı məsələlərin müzakirəsini davam etdirmək məqəsdilə Azərbaycan gəlib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qrup İqtisadi İnkişaf Nazirliyi ilə birgə yeni iş yerləri yarada biləcək sahələrə diqqət yetirəcək. Bu gün DB-nin nümayəndə heyəti prezident İlham Əliyevlə görüşüb. Cənab Dyankov bildirir ki, son həftə ərzində bir sıra strategiyalar müəyyənləşdirilib. Onların təxirəsalınmaz işləri isə biznesə başlama və lisenziya ilə bağlı olacaq. O, bildirir ki, bəzi inkişaf etmiş ölkələrdə lisenziya almaq 15 dəqiqə çəkir və Azərbaycanda da lisenziyanın vaxtını bu müddətə çatdırmaq olar.


XS
SM
MD
LG