Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:36

«Azadlıq» qəzetinin apellyasiya şikayəti təmin edilmədi


Ötən il noyabrın 24-də «Azadlıq» qəzeti Xaqani-33 ünvanından çıxarılıb
Ötən il noyabrın 24-də «Azadlıq» qəzeti Xaqani-33 ünvanından çıxarılıb

Fevralın 2-də Apellyasiya İqtisad Məhkəməsi 1 saylı Yerli İqtisad Məhkəməsinin «Azadlıq» qəzetinin Xaqani-33 ünvanındakı binadan çıxarılması ilə bağlı qərarını qəvvədə saxlayıb.


Ötən il noyabrın 24-də 1 saylı Yerli İqtisad Məhkəməsi Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin iddiasına baxaraq «Azadlıq» qəzetinin həmin binadan çıxarılması ilə bağlı qərar vermişdi. Elə həmin gün də polis məhkəmənin qərarını icra etmişdi. Bu qərarla da «Azadlıq» qəzetindən başqa, orada məskunlaşan AXCP, «Turan» İnformasiya Agentliyi və daha bir neçə qurum da Xaqani-33 ünvanındakı binadan çıxarılmışdı.


Fevralın 2-də Apellyasiya İqtisad Məhkəməsi hakim Raziyyə Ataşovun sədrliyi ilə həmin qərara etiraz edən «Azadlıq» qəzetinin və digər sözügedən qurumların şikayətini əsassız sayıb.


«Azadlıq» qəzetinin texniki direktoru Azər Əhmədov deyir ki, onlar axıra qədər mübarizə aparmaq niyyətindədirlər. Cənab Əhmədovun sözlərinə görə, əgər Azərbaycandakı məhkəmə instansiyaları onların şikayətlərini əsassız saymaqda davam etsələr, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG