Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:41

«Naxçıvanda işıq pulu verməyənləri ağaca bağlayırlar»


İcra hakimiyyəti kənddə reydlərin keçirildiyini təsdiqləsə də o, zorakılıq hallarını təkzib edir
İcra hakimiyyəti kənddə reydlərin keçirildiyini təsdiqləsə də o, zorakılıq hallarını təkzib edir

Culfa rayonunun Bənəniyar kəndindən olan bir qrup adam polis zorakılığı ilə üzləşdiyini deyir. Kənd sakinlərinin «Azadlıq» radiosuna bildirdiyinə görə, enerji pulunun yığılmasıyla bağlı kənddəki narazılıqlardan sonra evlərə elektrik sayğacları quraşdırılsa da, onlardan sayğacda nə yazıldığına məhəl qoyulmadan 20 manat işıq pulu tələb olunur. Ödəmədən imtina edənlər isə polis zorakılığına məruz qaldıqlarını deyirlər. Kənd sakini Eldəniz Məmmədovun sözlərinə görə, fevralın 1-də Culfa rayon Əlincə polis bölməsinin bir neçə əməkdaşı onu və bir qrup kənd sakinini zorla evdən çıxararaq polis bölməsinə aparıblar. Eldəniz Məmmədov deyir ki, bölmədə onlardan 20 manatı ödəmək tələb edilib. Ödəməkdən imtina edən bir neçə nəfəri polis əməkdaşları ağaca bağlayaraq 6 saata yaxın soyuq havada saxlayıblar. Zərərçəkənin sözlərinə görə, onlar bölmədə rayonun digər kəndlərindən olanların incidildiyinin də şahidi olublar. Eldəniz Məmmədov həmin vaxt Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşlarının da bölmədə olduğunu bildirir.


Eldəniz Məmmədovun anası Qaragilə Məmmədova oğlunun səhhətində ciddi problemlərin yarandığını deyir.


Culfa Rayon İcra Hakimiyyəti aparatın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Namiq Quliyev Bənəniyar kənddə reydlərin keçirildiyini təsdiqləsə də o, kənddə zorakılıq hallarının baş verməsini təkzib edib.


Ötən həftə də Bənəniyar kəndində işıq pullarının yığılması ilə bağlı analoji hadisələr baş verib. Onda da kənd sakinləri polis təzyiqlərinə məruz qaldıqlarını bildirirdilər. Hadisələr vaxtı polis tərəfindən döyüldüyü iddia edilən 80 yaşlı Qadir Ələkbərovun vəziyyətinin hələ də ağır olduğu bildirilir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG