Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:41

Putinin dedikləri ilə Azərbaycan rəhbərliyinin mövqeyi üst-üstə düşür


Tahir Tağızadə: «Ermənistanda digər ölkənin hərbi obyektlərinin olması xoşagələn hal deyil»

Tahir Tağızadə: «Ermənistanda digər ölkənin hərbi obyektlərinin olması xoşagələn hal deyil»

Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya prezidentinin dedikləri tamamilə Azərbaycan rəhbərliyinin mövqeyi ilə üst-üstə düşür. Azərbaycan XİN rəsmisi Tahir Tağızadə Rusiya prezidenti Vladimir Putinin fevralın 1-də keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dediklərinə belə münasibət bildirib. Cənab Tağızadə deyib ki, həmsədrlər hansısa həll yolunu qəbul etmək üçün tərəflərə təzyiq edə bilməzlər: «Söhbət birgə səylərdən və birgə həll yollarının axtarışından gedə bilər. Azərbaycan tərəfi dəfələrlə verdiyi bəyanatlarında ATƏT-in Minsk qrupunun həmsədrinin o cümlədən də Rusiyanın münaqişənin həlli ilə bağlı fəallığını artırmasını istəyir».


Ermənistandakı Rusiya hərbi bazalarının Azərbaycan üçün hər hansı təhlükə törətməsi məsələsinə toxunan diplomat deyib: «Ermənistan tərəfindən törədilmiş təcavüz və işğal şəraitinin davam etdiyi bir dövrdə həmin ölkədə hansısa digər ölkənin hərbi obyektləri nə bizim, nə danışıqlar prosesi, nə də ki, regionda sülhün və stabilliyin bərpası üçün xoşagələn bir hal deyil».


Günün bütün mövzuları

XS
SM
MD
LG