Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:19

Azərbaycan mətbuatı Abbas Lisani ilə bağlı məlumatları diqqətə saxlamalıdır


Azərbaycan mətbuatı Abbas Lisani ilə bağlı məlumatlara ögey münasibət göstərməməli, bu mövzunu daim diqqətə saxlamalıdır. Güney Azərbaycan Forumunun Əlaqələndirmə Mərkəzi adlanan qurumun təmsilçiləri fevralın 2-də Bakıda keçirdikləri mətbuat konfransında bu fikri səsləndiriblər. Forumun Analitik İnformasiya Mərkəzinin direktoru Sadiq İsabəylinin sözlərinə görə, İran azərbaycanlılarının hüquqlarının pozulması ilə bağlı məsələlər daim beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. O, yazıçı-jurnalist Abbas Lisaninyə İran həbsxanasında göstərilən təzyiqlərə son qoyulması ilə bağlı Kanada, İsveç, Almaniya, Amerika, İngiltərə və Azərbaycanda müxtəlif müdafiə komitələri yaradıldığını bildirib.


Yanvarın 15-də İran Azərbaycanından olan bir qrup ziyalı Abbas Lisani ilə görüşərək onu aclıq aksiyasını dayandırmağa çağırıb və onların xahişini nəzərə alan Lisani aksiyanı dayandırıb. Lakin bunun müvəqqəti xarakter daşıdığını deyib. Əgər onun hüquqları bərpa olunmasa o, yenidən aclıq aksiyasına başlayacaq.


XS
SM
MD
LG