Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:56

Fərhad Əliyev şəxsi həkiminin onu müayinə etməsini istəyir


Sabiq nazirlər həm səhhətlərindən, həm də istintaqın uzanmasından şikayətlənirlər

Sabiq nazirlər həm səhhətlərindən, həm də istintaqın uzanmasından şikayətlənirlər

Keçmiş İqtisadi İnkişaf və Səhiyyə nazirləri Fərhad Əliyev və Əli İnsanov həm səhhətlərindən, həm də istintaqın uzanmasından şikayətlənirlər. Bunu fevralın 2-də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında hər iki keçmiş nazirlə görüşən İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov deyir. Onun sözlərinə görə, Fərhad Əliyev həmçinin istəyir ki, Almaniyada olan şəxsi həkiminin onu müayinə etməsinə şəarit yaratsınlar.


Komitə rəhbəri bildirir ki, səhhətində problemlər olduğunu bildirən Əli İnsanov da Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsini istəyir. Elçin Behbudovun sözlərinə görə, sabiq Səhiyyə naziri onurğasında şiş əmələ gəlməsindən və təzyiqinin tez-tez yüksəlməsindən şikayətlənir.


Keçmiş İqtisadi İnkişaf və Səhiyyə nazirləri Fərhad Əliyev və Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs ediliblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG