Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:09

Bu gün Azərbaycanda «Gənclər Günü»dür


Gənclər və İdman naziri Azad Rəhimov deyib ki, 2007-ci il Azərbaycanda «Gənclər İli» elan edilə bilər

Gənclər və İdman naziri Azad Rəhimov deyib ki, 2007-ci il Azərbaycanda «Gənclər İli» elan edilə bilər

«Gənclər Günü» münasibətilə prezident İlham Əliyev ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan gənclərin təqaüdlərinin 50 faiz artırılması ilə bağlı sərəncam verib.


«Gənclər günü»ylə bağlı tədbirlər tək bununla bitmir. Gənclər və İdman naziri Azad Rəhimov deyib ki, prezident 2007-ci ili Azərbaycanda «Gənclər İli» elan edə bilər. Bununla yanaşı Mİlli Məclisin gənclərin məşğulluq və yaşayış problemlərinin həlli ilə bağlı bir sıra qanunlara düzəlişlər etməsi də gözlənilir.


Gənclər və İdman Nazirliyinin rəsmisi Ragif Abbasov «Azadlıq» radiosuna bildirib ki, «Gənclər Günü» ilə bağlı bu gün axşam Fəvvarələr meydanında geniş konsert təşkil olunacaq.


Rəsmi statistik rəqəmlərə görə, Azərbaycanda 18-35 yaş arasındakı şəxslər gənc sayılır və ölkə əhalisinin 66 faizini gənclər təşkil edir. Azərbaycan gənclərin problemlərini həll etmək üçün 2005-2009-cu illəri əhatə edən Dövlət Gənclər Proqramı icra olunur. Ədliyyə Nazirliyində isə 170 gənclər təşkilatı qeydiyyatdan keçib.


Günün bütün mövzuları

XS
SM
MD
LG