Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:21

Prezident aspirantların və tələbələrin təqaüdlərini artırdı


Prezident İlham Əliyev aspirantların, ali və orta ixtisas, peşə məktəbi tələbələrinin və lisey şagirdlərinin təqaüdlərinin artırılması haqqında sərəncam imzalayıb.


Sərəncama əsasən, təqaüdlər orta hesabla 50 faiz artırılıb. Aspirantların təqaüdü 65 manat məbləğində müəyyənləşdirilib.


Magistr təhsili alan tələbələrdən əla qiymətlərlə oxuyanlar 55, əla və yaxşı qiymətlərlə oxuyanlar 45, yaxşı və kafi qiymətlərlə oxuyanlar 30 manat;


bakalavr təhsili alan tələbələrdən əla qiymətlərlə oxuyanlar 50, əla və yaxşı qiymətlərlə oxuyanlar 40, yaxşı və kafi qiymətlərlə oxuyanlar 25 manat;


orta ixtisas məktəblərində təhsili alan tələbələrdən əla qiymətlərlə oxuyanlar 25, əla və yaxşı qiymətlərlə oxuyanlar 20, yaxşı və kafi qiymətlərlə oxuyanlar 18 manat;


peşə məktəblərinin tələbələri və lisey şagirdləri isə 18 manat məbləğində təqaüd alacaqlar.


XS
SM
MD
LG