Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:53

Avropa Məhkəməsi daha bir iddianı təmin etdi


Avropa İnsan Hüquqları Məhkəməsinin binası

Avropa İnsan Hüquqları Məhkəməsinin binası

Fevralın 1-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı çıxardığı daha bir qərarı açıqlayıb. Məhkəmə Nabat Ramazanova və başqalarının şikayətinə baxaraq Azərbaycan dövlətinin onların birləşmək azadlığı hüququnu pozduğu nəticəsinə gəlib. Bu barədə iddiaçıların vəkili İntiqam Əliyev məlumat yayıb.


Cənab Əliyev bildirir ki, Nabat Ramazanova və başqalarının Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətinə səbəb onların yaratdığı «Evsiz və məzlum bakılıların insan hüquqlarının müdafiəsi» Birliyinin qeydiyyata alınmamasıdır. Hər dəfə qeydiyyatla bağlı rədd cavabı alan bu qurumun təsisçiləri Azərbaycandakı məhkəmələrə müraciət etsələr də, şikayətləri təmin edilməyib. Nəhayət, 2002-ci ildə birliyin təsisçiləri Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmalı olublar.


2004-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsindən hökumətə sorğu göndərildikdən sonra Konstitusiya Məhkəməsi bu işlə bağlı Azərbaycandakı bütün məhkəmə qərarlarını ləğv edib. 2005-ci ilin fevralında isə Ədliyyə Nazirliyi bu təşkilatı qeydiyyata alıb.


Şikayətçilərin onlara dəyən ziyan kimi Ədliyyə Nazirliyindən 25 milyon köhnə manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı iddiaları isə təmin edilməyib. Təşkilatın təsisçiləri həmin qərardan apellyasiya şikayəti veriblər. Bu şikayətə yalnız səkkiz aydan sonra baxan Apellyasiya Məhkəməsi isə Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsinin hərəkətlərini qanunsuz hesab edərək ondan şikayətçilərə dəyən ziyan kimi 800 yeni manat tutulması ilə bağlı qərar verib.
Avropa İnsan Hüquqları Məhkəməsinin yanvarın 11-də çıxardığı qərarda isə deyilir ki, şikayətçilərə mənəvi ziyan kimi 4 min, məhkəmə xərcləri üçünsə 2 min avro kompensasiya ödənilməlidir.


Avropa İnsan Hüquqları Məhkəməsinin bundan əvvəl çıxardığı qərarlarla isə Azərbaycan hökuməti Daxili Qoşunların sabiq baş komandanı Fəhmin Hacıyevə və ADP sədrinin müavini Sərdar Cəlaloğluna kompensasiya ödəməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG