Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:30

«Sərhədsiz Reportyorlar» 2006-cı ili Azərbaycan mətbuatı üçün ən «qara» il hesab edir


«Sərhədsiz Reportyorlar» mətbuat üçün ən pis vəziyyətin Mərkəzi Asiya, Rusiya və Azərbaycanda olduğunu bildirib.


Təşkilat 2006-cı ilin Azərbaycan mətbuatı üçün ən «qara» il olduğu qənaətindədir: «Qafqazda əsas problem bizim müşahidəyə görə, Azərbaycandadır. Baxmayaraq ki, ölkədə real iqtisadi inkişaf «bumu» yaşanır, biz bilirik ki, bu dəhşətli artım azad mətbuatın xeyrinə deyil. Hakimiyyət müxalifəti və ona yaxın mətbuatı susdurmaq üçün onları əsaslı şəkildə kənarlaşdırır. Lakin, biz Azərbaycanda bunu da xüsusilə qeyd etmək istəyirik ki, ölkədə korrupsiya ilə bağlı araşdırma aparan jurnalistlərin oğurlanması və onlara qarşı edilən təcavüzlərin də sayı artıb».
Ermənistanla müqayisə aparan «Sərhədsiz Reportyorlar» orada mətbuatın vəziyyətinin Azərbaycandan daha yaxşı olduğunu bildirir: «Ermənistanda Azərbaycanla müqayisədə daha az zorakılıq var. Biz orada bəzi jurnalistlərin geosiyasi problemləri qaldırmaqdan çəkindiyinin şahidi olduq. Orada daha çox senzura problemi var. Düzdür bu da narahatçılıq doğurur, amma bu Azərbaycanla eyni səviyyədə deyil».

XS
SM
MD
LG