Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

«Ermənistan-Azərbaycan münaqişəsinin həlli sizin özünüzdən asılıdır»


Putin Ağdamın «Portveyn» şərabının yenidən istehsal edilməsini arzulayıb

Putin Ağdamın «Portveyn» şərabının yenidən istehsal edilməsini arzulayıb

«Ermənistan-Azərbaycan münaqişəsinin həlli sizin özünüzdən asılıdır. Biz fikirlərimizi heç bir tərəfə zorla qəbul etdirə bilmərik. Çünki, biz buna cəhd edəcəyimiz təqdirdə, ya Azərbaycan, ya da Ermənistan xalqı ilə münasibətlərinizimi korlaya bilərik. Bu problemi bizim üstümüzə qoymağa dəyməz. Siz özünüz bu məsələdən daha məqbul sayıla bilən çıxış yolunu tapmalısınız». Qarabağ münaqişəsinə dair sualı cavablandıran Rusiya prezidenti Vladimir Putin bu fikirləri fevralın 1-də illik mətbuat konfransında deyib.


Putin Ağdamda istehsal olunan «Portveyn» şərabını da yada salıb: «Ağdam rayonunda müşahidə etdiklərimiz bizi kədərləndirir. Rusiyada keyfiyyətsiz alkoqollu içkilər məsələsi aktualdır və bilindiyi kimi, Ağdamdan «Portveyn» həmişə Sovet İttifaqı ərazisində ucuz və olduqca çox yayılmış yüngül alkoqollu içkilərdən biri olub. Qoy bu içkini bərpa etsinlər – ya ermənilər, ya da azərbaycanlılar… Qoy birlikdə bərpa etsinlər və bu, müştərək layihə olsun».


Putin Rusiyanın Ermənistanda yerləşdirilən hərbi bazalarının da Azərbaycanın maraqlarının əksinə yönəlmədiyini bildirib. Rusiya prezidenti deyib ki, həmin hərbi bazlar hələ sovet dövründən qalıb: «Hərbi bazalarımız təkcə Ermənistanda deyil, məsələn, Tacikistanda da qalıb. Biz sadəcə onları müasir tələblərə cavab verən hüquqi bazasını yaratdıq və onun əsasında da hərbi bazalarımızı qurduq».


Günün bütün mövzuları

XS
SM
MD
LG