Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:34

Media Hüquqları İnstitutu hakimiyyətə bir sıra tövsiyələr verir


MHİ qarayaxmaya görə məsuliyyətin Cinayət Məcəlləsindən çıxarılmasını zəruri sayır

MHİ qarayaxmaya görə məsuliyyətin Cinayət Məcəlləsindən çıxarılmasını zəruri sayır

Media Hüquqları İnstitutu (MHİ) yanvar ayında Azərbaycanda mətbuatın vəziyyətinə dair hesabat yayıb. Sənədin jurnalist haqları bölməsində deyilir ki, yanvar ayında «Sənət» qəzetinin yazarları Rafiq Tağı və Samir Sədaqətoğlunun həbs müddəti daha iki ay uzadılıb. Hər iki yazar ötən il noyabrın 15-də Nəsimi Rayon Məhkəməsinin hökmü ilə iki ay azadlıqdan məhrum edilmişdilər. Onlar dini və irqi ədavəti qızışdırmaqda ittiham edilirlər. Hesabatda daha sonra bildirilir ki, «tinsöhbəti.som» və «susmayaq.biz» internet resuslarına giriş qapadılıb. «susmayaq.biz» saytının redaktoru 12 sutka həbs cəzası alıb. Bundan başqa, sənəddə «Turan» İnformasiya Agentliyinin əməkdaşı Sarvan Rızvanovun da peşə borcunu yerinə yetirərkən döyülməsi öz əksini tapıb.


Sənəddə həmçinin deyilir ki, yanvar ayında «Nota-bene» qəzetinin iki əməkdaşına məhkəmə cəzası verilib. Nəşrin əməkdaşı Fərəməz Novruzoğlu iki il azadlıqdan məhrum edilib, redaktor Sərdar Əlibəyliyə isə 1 il 6 ay islah cəzası verilib.
Hesabatda daha sonra qarayaxmalara görə, qəzetlərin yüksək məbləğdə cərimə edilməsindən də bəhs edilir. Bildirilir ki, «Azadlıq», «Yeni Müsavat» qəzetləri yanvar ayında yüksək məbləğdə cərimə ediliblər.


Sənəddə Azərbaycan hakimiyyətinə də bir sıra tövsiyələr verilir. Bildirilir ki, jurnalistlərə fiziki basqıların qarşısı alınmalı və təqsirkarlar məsuliyyətə cəlb edilməlidirlər. Bundan başqa, MHİ qarayaxmaya görə, məsuliyyətin Cinayət Məcəlləsindən çıxarılmasını və ANS TV və ANS ÇM-ə qarşı qanunsuz əngəlləri aradan qaldırmağı zəruri sayır.


«Azərbaycan» qəzeti redaktorunun 1-ci müavini Amil Novruzov isə bu tövsiyələrin bəzilərini əsassız sayır. Onun sözlərinə görə, qarayaxmaya görə, məsuliyyətin Cinayət Məcəlləsindən çıxarılması indiki halda jurnalistlərin mənafeyinə xidmət edə bilməz: «Bəzi jurnalistlər obyektivliyi bir kənara ataraq, yazılarında bir qayda olaraq böhtan və şantaja üstünlük verirlər. Əgər qarayaxmaya görə, məsuliyyət Cinayət Məcəlləsindən çıxarılarsa, bu şər, böhtan tipli yazıları bir qədər də artıra bilər».


Media Hüquqları İnstitutu 2002-ci ildə yaradılıb. İnstitutun rəhbəri Rəşid Hacılıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG