Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:34

Polis tələbələrin aksiyasını dağıdıb


Tələbələr yanvarın 30-da da Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirmişdilər

Tələbələr yanvarın 30-da da Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirmişdilər

Fevralın 11-də keçmiş Müstəqil Azərbaycan Universitetinin (MAU) bir qrup tələbəsi təhsil hüququnun bərpası tələbi ilə icazəsiz etiraz aksiyası keçiriblər. Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin sədri Vuqar Süleymanov «Azadlıq» radiosuna bildirib ki, onlar Təhsil naziri Misir Mərdanovla görüşmək istəsələr də, bu baş tutmayıb. Aksiya iştirakçıları ilə danışıqlara nazirliyin baş məsləhətçisi Elyar Vahabov çıxıb. Ancaq Elyar Vahabovla da aksiya iştirakçılarının danışıqları bir nəticə verməyib. Daha sonra polis icazəsiz aksiyanı dağıdıb.


Vuqar Süleymanovun sözlərinə görə, bu zaman aksiya iştirakçılarından yüngül xəsarət alanlar olub.


Təhsil Nazirliyinin baş məsləhətçisi Elyar Vahabov isə «Azadlıq» radiosuna bildirib ki, tələblərin onların binası qarşısında aksiya keçirməsinin heç bir əsası yoxdur. Çünki onların iddiasına məhkəmə baxıb və bu iddianı rədd edib. Cənab Vahabov deyib ki, əgər məhkəmə onların tələbələrin iddiasını təmin etsəydi, Təhsil Nazirliyi onları ölkənin başqa ali məktəblərinə köçürməyə hazır idi.


Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv etdikdən sonra sözügedən universitetin 1-ci, 3-cü və 4-cu kurs tələbləri başqa ali məktəblərə köçürülüblər. MAU-nun testdənkənar qəbul edilən və başqa ali məktəblərə köçürülməyən tələbələri isə həm müxtəlif aksiyalar keçirmək, həm də məhkəməyə müraciət etməklə təhsil hüquqlarının bərpasını tələb edirlər. Tələbələr yanvarın 30-da da Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirmişdilər. Həmin vaxt da polis piketi dağıtmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG