Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:57

Ağ Ev Konqresdə ermənilərin soyqırım olunduğunu iddia edən qətnamənin qəbul edilməsinə qarşıdır


Ağ Ev Konqresdə ermənilərin Osmanlı İmperiyasında soyqırım olunduğunu iddia edən qətnamənin qəbul edilməsinə qarşı çıxacaq. Bunu Birləşmiş Ştatların Türkiyədəki səfiri Ros Uilson deyib. Konqres üzvləri yeni qətnamə layihəsi hazırlayıblar. Layihədə bildirilir ki, Birinci Dünya Müharibəsinin sonunda milyon yarım erməninin ölümü soyqırımıdır. Buş hökuməti inanır ki, Konqresdə bu məsələnin müzakirəsi Türkiyə ilə münasibətlərə ziyan vurar. Türkiyə ötən əsrin əvvəllərində ermənilərin Osmanlı dövlətinin ərazisində soyqırıma məruz qalması ilə razılaşmır.


XS
SM
MD
LG