Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:40

Samir Sədaqətoğlu istintaqın ədalətsiz aparılmasından gileylənir


«Sənət» qəzetinin baş redaktoru haqsız yerə həbs edildiyini deyir
«Sənət» qəzetinin baş redaktoru haqsız yerə həbs edildiyini deyir

Fevralın 1-də İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov 1 saylı təcridxanada saxlanan «Sənət» qəzetinin baş redaktoru Samir Sədaqətoğlu ilə görüşüb.


Samir Sədaqətoğlu və həmin qəzetin yazarı Rafiq Tağı milli, irqi və dini ədavəti qızışdırmaqda ittiham edilərək ötən il noyabrın 15-də həbs ediliblər. Bu ilin yanvarında isə onların haqqında çıxarılmış həbs-qətimkan tədbiri daha iki ay uzadılıb.


Elçin Behbudovun sözlərinə görə, Samir Sədaqətoğlu səhhəti və saxlama şəraitindən heç bir şikayət etməyib. Ancaq o, həm haqsız yerə həbs edilməsindən və həm də istintaqın ədalətsiz aparılmasından gileylənib.


Samir Sədaqətoğlunun həbsinə səbəb kimi onun rəhbərlik etdiyi qəzetdə yazıçı Rafiq Tağının «Avropa və biz» başlıqlı məqalə dərc etməsi göstərilir. Həmin məqalədə Məhəmməd peyğəmbərin təhqir olunduğu bildirilir. Samir Sədaqətoğlu iddia edir ki, yazı dərc olunarkən o, Azərbaycanda olmayıb.


Bu şikayəti aidiyyəti orqanların diqqətinə çatdıracağını bildirən Elçin Behbudov, deyir ki, fevralın 2-də Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında sabiq Səhiyyə və İqtisadi İnkişaf nazirləri – Əli İnsanov və Fərhad Əliyevlə də görüşmək niyyətindədir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG