Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:53

Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi iki jurnalistin həbsindən narahatdır


Jurnalistləri Beynəlxalq Müdafiə Komitəsi iki jurnalistin Daxili İşlər nazirinə qarşı böhtanlı yazılarına görə, həbsindən narahatdır. Belə ki, bu həftə «Nota bene» adlı həftəlik müstəqil qəzetin jurnalisti Fərəməz Novruzoğlu məhkəmənin qərarına əsasən, 2 illik həbs cəzasına, baş redaktor Sərdar Əlibəyli isə 18 aylıq islah cəzasına məhkum edilib.


Jurnalistlər Nərimanov Rayon Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə (böhtan) təqsirli bilinərək məhkum olunublar.


Daxili İşlər naziri Ramil Usubov dekabr ayında onu və başqa dövlət nümayəndələrini tənqid edən yazının dərcindən sonra jurnalistləri məhkəməyə vermişdi. Yazılar əsasən, DİN-də olan korrupsiya və özbaşınalıqlar haqqında olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG