Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:09

7 gündəlik qəzetin qiyməti qalxdı


7 qəzetin satış qiyməti 20 qəpikdən 30 qəpiyə qalxıb

7 qəzetin satış qiyməti 20 qəpikdən 30 qəpiyə qalxıb

Fevralın 1-dən gündəlik çıxan 7 qəzetin satış qiyməti 20 qəpikdən 30 qəpiyə qalxıb. Bu «Azadlıq», «Yeni Müsavat», «Gündəlik Azərbaycan», «24 saat», «Şərq», «Bizim yol» və «Ekspres» qəzetləridir. «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid deyir ki, əgər 1 il əvvəl qəzet kağızının bir tonu 600 ABŞ dolları idisə indi bu rəqəm 800 ABŞ dollarına qalxıb. Onun sözlərinə görə, üstəlik həm enerji daşıyıcılarının, həm də çap xərclərinin artması onları belə bir addım atmaq məcburiyyəti qarşısında qoyub.
Tarif Şurasının enerji daşıyıcıları və bir sıra xidmət sahələrində qiymətləri artırdıqdan dərhal sonra da «Ayna», «Zerkalo», «Exo» qəzetləri satış qiymətini artırmışdı.
Fevralın 1-dən həmçinin «Azərbaycan» dövlət nəşriyyatı da çap xərclərini 25 faiz artırıb. Bunu «Azadlıq» radiosuna nəşriyyatın direktor müavini Bəsti İsmayılova deyib. «Azərbaycan» nəşriyyatı Tarif Şurasının məlum qərarından sonra kommunal xəclərini 50 faiz artırıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG