Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:58

«Dostunu qarşıla!»


«14-24»ün budəfəki qonağı Bəxtiyar Hacıyevdir
«14-24»ün budəfəki qonağı Bəxtiyar Hacıyevdir

«14-24»ün budəfəki qonağı İqtisadi və İdarəetmə Fakültələri Beynəlxalq Birliyi – AİESEC-in Azərbaycan nümayəndəliyinin sədri Bəxtiyar Hacıyevdir. O, birliyin gördüyü işlərdən və gələcək planlarından danışır. Fevral ayının 10-dan başlayaraq AIESEC Türkiyə «Meet My Friend!» («Dostunu qarşıla!») layihəsini həyata keçirir.



Bəxtiyar Hacıyev deyir ki, bu layihədə azərbaycanlı gənclər də iştirak edə bilərlər: «Layihə çərçivəsində seçilən tələbələr 8 həftə İstanbul, İzmir, Ankara, Eskişehir və Bursa orta məktəblərində öz mədəniyyətlərini təbliğ edəcəklər. Azərbaycan mədəniyyətini Türkiyə məktəblilərinə və layihədə iştirak edən şəxslərə tanıtmaq və Türkiyənin mədəniyyəti ilə taniş olmaq, digər ölkələrdən yeni dostlar qazanmaq istəyən azərbaycanlı gənclər fevralın 1-dək öz tərcümeyi- hallarını elektron poçtla bizə göndərə bilərlər. Biz onlar arasında seçim edəcəyik».


Bundan başqa, verilişdə tələbələrin nahar etdikləri yeməkxanalar, kafelər barədə də danışılır, onların qarşılaşdıqları problemlər və istəkləri səsləndirilir.


XS
SM
MD
LG