Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:08

«Oğlumun ölüm səbəbi tapılmasa, bu kənddən çıxacam…»


«Elm bu boyda inkişaf edib. Soyuqdəyməni müalicə edə bilmirlər?»

«Elm bu boyda inkişaf edib. Soyuqdəyməni müalicə edə bilmirlər?»

«Quş qripi»nə yoluxması ehtimal olunan və qan nümunələri yanvarın 31-də Ümumdünya Səhiyyə Təşkilatında müayinə olunmağa göndərilən Əjdər Əsgərovun ölümü ilə bağlı suallara həftənin sonunda aydınlıq gələ bilər. Laboratoriya bir neçə günə analizin nəticəsini açıqlamalıdır. Ötən bazar müalicə olunduğu Bakıdakı Ağciyər Xəstəlikləri İnstitutunda vəfat edən Əjdərin atası oğlunun «quş qripi»nə yoluxma ehtmalını yaxına buraxmaq istəmir. Üstəlik, ötən il qızlarının «quş qripi»ndən müalicə almasına və üç yeniyetmə qohumunun da bu xəstəlikdən ölməsinə də inanmır. Övladının xəstəliyinin tapılmasını istəyən Ələsgər Əsgərov oğlunun soyuq su içərək xəstələndiyini deyir:


- Elm bu boyda inkişaf edib. Soyuqdəyməni müalicə edə bilmirlər? Yanvarın 11-də meşədən ağac qırıb gətirəndə soyuq su içib. Səhər halsızlıq başladı.


- Uşaq nə qədər xəstə yatdı?


- 12 gün.


- Sizcə, həmin suda infeksiya olub?


- Mən onu bilirəm ki, bu, nəsə müəmmalı ölümdür. Nəyə görə, evdən seçmə, sağlam uşaqlar ölür. Əjdərin 14 yaşı vardı, çəkisi 65 kiloqram idi.


Ələsgər Əsgərov ötən il hərbi xidmətdə olan qohumunun da eyni cür xəstələndiyini, amma sağaldığını deyir.


- Sizin qızlarınız da ötən il «quş qripi»ndən müalicə almışdılar. İndi necədirlər?


- Yaxşıdırlar.


- Oların da «quş qripi»nə yoluxmasını qəbul etmirsiz?


- Yox. Bu, nəsə kabusdur. Necə olur ki, ölüm ancaq bu nəslin uşaqlarını aparır. Evdə bişən yeməyi hamı yeyir. Niyə biri bir il əvvəl, digəri bir il sonra xəstələnir? Bizim nəsildə heç kim ovçuluqla məşğul olmur. Özüm başqa kənddə xəstə quşun kababını yemişəm. Niyə mənə heç nə olmadı, qonum-qonşuya heç nə olmadı?


- Səhiyyə Nazirliyi sizin bu cür suallarınıza nə cavab verir?


- Onlar da deyirlər ki, bu xəstəlik yoxdur. Heç biri təsdiqləmir. Mən buna «quş qripi» deyə bilmərəm.


- Nazirlyin dediklərini şübhə altına alırsız?


- Deyirlər, başım çıxmır.


- Bləkə uşaqlar sizə deməyiblər, quş əti yeyiblər, ya da çöl quşları ilə təmasda olublar.


- Bu, boş söhbətdi.


- Nə etmək fikriniz var?


- Onu fikirləşmişəm ki, kənddən çıxım.


- Niyə kənddən çıxmaq istəyirsiz? Qonum-qonşunun rəftarından narahatsız?


- Bayaq mağarda oturmağa yer yoxdu. Hamı bilir ki, bu, deyilən xəstəliklə bağlı deyil.


- Bəlkə hansısa yoluxucu xəstələyin ocağının, mənbəyinin sizin həyətdə olmasından çəkinirsiz?


- Onu izah edə bilmirəm…


Günün bütün mövzuları

XS
SM
MD
LG