Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:13

Əkbər Ələmi: “Abbas Lisaninin durumu milli təhlükəsizlik məsələsinə çevrilə bilər”


Həbsdə olan Abbas Lisaninin durumu kritik həddədir

Həbsdə olan Abbas Lisaninin durumu kritik həddədir

Təbriz, Azərşəhr və Üskü seçicilərini İran parlamentdə təmsil edən Əkbər Ələmi İran həbsxanasında saxlanılan azərbaycanlı fəal Abbas Lisaninin səhhəti ilə bağlı narahatlığını yanvarın 30 da İLNA xəbər agentliyinə verdiyi müsahibədə dilə gətirib.


Məclisin Milli Təhlükəsizlik Şurasının üzvü olan cənab ələmi xəbərdarlıq edib ki, Abbas Lisaninin həbsxana şəraiti və gündən günə pisləşən sağlıq durumu milli təhlükəsizlik məsələsinə çevrilə bilər: “Dostlarının və qohumlarının verdiyi məlumata görə, Abbas Lisani ayrı-seçkiliyə məruz qaldığına görə aclıq aksiyasını davam etdirir və indi onun sağlıq durumu kritik həddə çatıb”, deyə cənab Ələmi bildirib ki, Ərdəbilin yazıçı və şairlərindən olan Abbas Lisani may hadisələri zamanı həbs olunub. Ələmi xatırladıb ki, may nümayişləri rəsmi İran qəzetində azərbaycanlıları təhqir edən karikaturaların birbaşa nəticəsi olmuşdu və bu hadisələrdə tutulan günahsız şəxslər azad edilməlidirlər: “Lisani Ədliyyə Nazirliyinin tövsiyələri və həbsdə saxlanılma haqda qanuna 216-cı düzəlişin tətbiqi ilə bağlı özünə qarşı rəhbər tutulan ikili standartlar və şəxsi-qərəzliyə etiraz edir. Milli Həbsxana İdarəsi tərəfindən irəli sürülən bu düzəlişə əsasən, həbsxana rəhbərliyi həbsin ilk iki ayı bitdikdən sonra məhbusa ayda bir dəfə 5 günlük izn verməlidir. Lisaninin vəkilinin sözlərinə görə, o, bu imtiyazdan tamamilə məhrum edilib” deyə millət vəkili sözünə davam edib və məsələnin milli təhlükəsizlik məsələsi olduğunu vurğulayıb: “Təcrübə göstərir ki, bu metodların istifadəsi heç bir zaman bizim dövlətimizin xeyrinə olmayıb. Bizim may nümayişləri zamanı həbs olunan məhbusların azad olunması istiqamətində göstərdiyimiz səylərin davamı olaraq mən Abbas Lisani də daxil olmaqla qalan məhbusların azadlığa, ailələrinin yanına buraxılmasını gözləyirəm. Baş prokuror Ayətullah Şahrudi bu işdə bizə çox yardımçı olub və artıq məsələnin həlli istiqamətində bir neçə göstəriş imzalayıb”.


XS
SM
MD
LG