Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:05

Fevralın 1-də Milli Məclisin yaz sessiyası başlayır


Fevralın 1-də Milli Məclisin yaz sessiyası işinə başlayacaq. Bu barədə «Azadlıq» radiosuna parlamentin Mətbuat Xidmətinin əməkdaşı Mehman Qayıbov məlumat verib. Onun sözlərinə görə, ümumilikdə yaz sessiyasının planına 30-a yaxın qanun layihəsi daxil edilib. Bura təhsil, sosial, idman və başqa sahələrə aid qanun layihələri daxildir. Ancaq cənab Qayıbov bildirir ki, sessiyanın gedişində başqa qanun layihələri də müzakirəyə çıxarıla bilər. Onun sözlərinə görə, qış sessiyasından da müzakirəsi yarımçıq qalan bir sıra qanun layihələri də var ki, onlara da baxılacağı istisna edilmir.


Mehman Qayıbov deyir ki, yaz sessiyasının ilk iclasına ümumilikdə 13 məsələ daxil edilib. Bura bir sıra beynəlxalq konvensiyaların təsdiqi, parlamentin bəzi komissiyalarının əsasnamələrinin yenidən hazırlanması və başqa bir sıra məsələlər aiddir.


Günün bütün mövzuları

XS
SM
MD
LG