Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:57

Qarsda ermənilərə ucaldılan abidə Ermənistandan da görünəcək


Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov türk-erməni dostluğu abidəsinin ucaldılmasına etiraz edib
Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov türk-erməni dostluğu abidəsinin ucaldılmasına etiraz edib

Qarsda türk-erməni dostluğuna həsr olunmuş abidəni Ermənistandan da görmək mümkün olacaq. Heykəl bir insanın ikiyə bölünmüş vəziyyətini xatırladır. İki parçanın arasında isə qan yaş axıdan göz fiquru təsvir olunub ki, bu da insanların birləşməsinin zəruriliyini ifadə edir. Abidənin inşasına 350 min yeni türk lirəsi xərclənib və o 135 metr hündürlüyündə olacaq. Abidənin Ermənistandan da görünməsi üçün onu məhz Qars qalasının qarşısında tikilməsinə başlanılıb. «İnsanlıq anıtı» adlanın bu heykəlin müəllifi Mehmet Aksoy adlı türk heykəltəraşıdır.


Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov bildirib ki, bu abidənin ucaldılmasında Qars bələdiyyə başqanı Naif Əlibəyoğlu xüsusi təşəbbüs göstərib. «Azadlıq» radiosuna münasibət bildirən Naif Əlibəyoğlu deyib ki, bu abidə tək ermənilərlə yox, türklərin bütün dövlətlərlə dostluğunu əks etdirən kompleks olacaq.


Həsən Zeynalovun sözlərinə görə, konsulluğunun müdaxiləsindən sonra abidənin tikintisi dayandırılıb. Bələdiyyə başqanı isə abidənin tikintisinin dayandırılmasını havaların soyuq keçməsi ilə bağlı olduğunu və inşa prosesinin davam etdiriləcəyini deyib: «Biz sübut edəcəyik ki, biz dostluğa çox hazırıq».


Bələdiyyə başqanı onu da bildirib ki, onun təşəbbüsü ilə Ermənistanla sərhədlərin açılması üçün Qarsda 60 mindən çox imza toplanılıb. «Azadlıq» radiosuna müxbiri məsələyə münasibət öyrənmək üçün Qars sakinləri arasında sorğu keçirib. Rəyi soruşulan sakinlərin təxminən yarısı sərhədlərin açılmasının tərəfdarı olduğunu söyləyib. Məsələyə etiraz edən şəxslərin əsasən ötən əsrin əvvəllərində Ermənistandan Qarsa köçən azərbaycanlı əsilli şəxslər olduğu bildirilir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG