Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:46

Əli Əhmədov ADP-nin səmimiliyinə şübhə edir


YAP-ın icra katibi Əli Əhmədov
YAP-ın icra katibi Əli Əhmədov

«Sərdar Cəlaloğlu və ümumiyyətlə, ADP-nin ayrı-ayrı təmsilçilərinin son vaxtlar verdiyi bəyənatları biz bütövlükdə müsbət qiymətləndiririk. Xüsusilə, müsbət qiymətləndirmək istədiyim odur ki, Sərdar Cəlaloğlu da, ADP-nin təmsilçiləri də uzun illər dayandığı radikal mövqeyinin ziyanlı və səmərəsiz olduğunu dərk etdiklərini boyunlarına alırlar və bu yoldan çəkindiklərini bəyan edirlər».


Bu sözləri YAP-ın icra katibi Əli Əhmədov partiyanın iqtisadi islahatlar və sosial inkişafa dair həsr olunmuş konfransından sonra jurnalistlərə deyib. Cənab Əhmədov digər tərəfdən, ADP-nin səmimiliyinə də şübhə etdiyini bildirib. Onun sözlərinə görə, ADP bir tərəfdən YAP-la dialoq barəsində təkliflər səsləndirir, digər tərdəfdənsə, «Azadlıq» bloku ilə əməkdaşlıq edəcəyini vurğulayır.


YAP-ın icra katibinin müavini Səyavuş Novruzov isə, hakim partiyanın ADP ilə danışıqlara hazır olduğunu, lakin indiyə kimi hələ də qarşı tərəfdən rəsmi müraciət almadıqlarını deyir.


ADP Ali Məclisi siyasi kursunu dəyişmək barədə qərar qəbul edib. Yanvarın 29-da isə bu partiya YAP-a siyasi dialoqla bağlı müraciət edib.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG