Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:50

Ötən il İqdır-Naxçıvan keçid məntəqəsi ilə 120-dən çox şəxs deportasiya edilib


Türkiyədə insan alveri ilə məşğul olan dəstənin beş üzvünün azərbaycanlı olduğu bildirilir
Türkiyədə insan alveri ilə məşğul olan dəstənin beş üzvünün azərbaycanlı olduğu bildirilir

2006-cı ildə Türkiyədən İqdır-Naxçıvan gömrük keçid məntəqəsi ilə 120-dən çox şəxs deportasiya edilib. Onlardan 100-ü qadındır. Bu haqda «Azadlıq» radiosuna İqdır vilayətinin baş prokuroru Mustafa Küçük bildirib. Baş prokuror deyib ki, deportasiya edilənlər arasında Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan, Ukrayna vətəndaşları da var. Mustafa Küçük deyib ki, ötən ay insan ticarəti ilə məşğul olan 47 nəfərlik bir şəbəkə də yaxalanıb, onların arasında beş nəfər Azərbaycan vətəndaşı da var. Hazırda onların məhkəməsi davam etdiyindən adlar açıqlanmır. Türkiyə qanunvericiliyinə görə, həmin şəxslər minimum 3 ildən başlayaraq, müxtəlif müddətə qədər azadlıqdan məhrum ediləcəklər.


Azərbaycanın Qarsdakı baş konsulu Həsən Zeynalov insan alveri ilə məşğul olduğu bildirilən dəstənin tərkibində azərbaycanlıların da olması faktını təsdiqlədi. Diplomat həmin qrupun Türkiyənin yüksək rütbəli polis məmurları tərəfindən himayə olunduğunu söylədi.


Konsulun fikrincə, Türkiyədən deportasiya edilənlər ötən il nisbətən azalıbdır. Cənab Zeynalov onu dedi ki, deportasiya edilənlər arasında QİÇS virusu daşıyıcıları da olub. Həmin şəxslərin virus daşıyıcısı olduğu sərhəd məntəqəsində həyata keçirilən tibbi yoxlama zamanı müəyyən edilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG