Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:44

Konstitusiya Məhkəməsi qarşısında icazəsiz piket keçirilib


Saxlananların sonrakı taleyi bölmədəki araşdırmalardan asılıdır

Saxlananların sonrakı taleyi bölmədəki araşdırmalardan asılıdır

Tarif Şurasının qiymətlərin artırılması ilə bağlı qərarına etiraz edən «Azərbaycan Yolu» Siyasi Hərəkatının bir qrup üzvü yanvarın 31-də Konstitusiya Məhkəməsinin (KM) binası qarşısında icazəsiz piket keçiriblər. Hərəkatın Mətbuat Xidmətindən «Azadlıq» radiosuna verilən məlumata görə, aksiya iştirakçıları KM-dən Tarif Şurasının qərarının ləğv edilməsini tələb ediblər.


Aksiyanın qətnaməsi oxunduqdan sonra piketçilərdən iki nəfər saxlanıb, Səbail Rayon Polis Şöbəsinin 9-cu Polis Bölməsinə aparılıblar.


Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Şamil Seyidlinin «Azadlıq» radiosuna bildirdiyinə görə, saxlananların sonrakı taleyi bölmədəki araşdırmalardan asılıdır.


Cənab Seyidli deyir ki, əgər onların polisə müqavimət göstərməsi faktı təsdiqlənərsə, iş məhkəməyə göndəriləcək, əks halda, saxlananların xəbərdarlıqla azadlığa buraxılacağı istisna edilmir.


«Azərbaycan Yolu» Siyasi Hərəkatının Mətbuat Xidmətinin rəhbəri Anar Oruclunun sözlərinə görə, onlar Tarif Şurasının qərarının ləğv tələbi ilə əyalətlərdə də aksiyalar keçirmək niyyətindədirlər.


Tarif Şurası bu il yanvarın 6-da enejidaşıyıcıları və bir sıra xidmətlərin qiymətinin qaldırılması barədə qərar verib.


Şuranın qərarına etiraz olaraq ötən həftə «Azadlıq» bloku və Müsavat Partiyası etiraz aksiyaları keçiriblər.


XS
SM
MD
LG