Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:51

«Siyasi partiyalar haqqında» yeni qanun layihəsi hazırlanıb


«Siyasi partiyalar haqqında» qanunda əsas dəyişilməli olan müddəalar siyasi partiyaların maliyyələşməsi və ləğvi hallarının dəqiqləşdirilməsi, onlara qoyulan məhdudiyyətlərin müəyyənləşdirilməsidir». Azərbaycan Hüquqşünaslar Forumunun hazırladığı «Siyasi partiyalar haqqında» qanun layihəsinin müzakirəsində hüquqşünas Qulamhüseyn Əlibəyli belə deyib.


Layihədə təklif olunan müddəalardan biri də siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsinin təmin edilməsində proporsionallığın qorunmasıdır.


Lakin millət vəkili Fazil Qəzənfəroğlu hesab edir ki, partiyaların gerçək maliyyələşməsi ancaq 2010-cu il parlament seçkisindən sonra mümkün ola bilər. Çünki indiki bölgü ədalətsiz sayılacaq.


Hazırda qüvvədə olan «Siyasi partiyalar haqqında» qanun 1992-ci ildə qəbul olunub və ölkədə çoxpartiyalılığın təmin edilməsini təsbit edir.


XS
SM
MD
LG