Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:33

Ölkədə QİÇS-ə yoluxanların xaricdən gələnlərin hesabına artdığı bildirilir


Azərbaycanda ötən ilin dekabrın 1-nə olan məlumata görə, 1007 adam QİÇS infeksiyasının daşıyıcısı var
Azərbaycanda ötən ilin dekabrın 1-nə olan məlumata görə, 1007 adam QİÇS infeksiyasının daşıyıcısı var

İndi bəzi ictimai təşkilatlar iş ardınca Azərbaycandan xarici ölkələrə gedən adamların qayıdanda sağlamlığı haqqında tibbi arayış verilməsi ilə bağlı təklif hazırlayırlar. Həmin təklifə görə, həm də bu növ arayış iki dəfə verilməlidir. Biri ölkəyə gələn zaman, o biri isə 3-4 aydan sonra.


Bu təklifi irəli sürən «Təmiz Dünya» qeyri hökumət təşkilatı ölkədə QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) xəstəliyi ilə yoluxanların xaricdən gələnlərin hesabına artdığını bildirir. Təşkilatın rəhbəri Mehriban Zeynalova bundan ötrü qanunvericilikdə dəyişikliklərin aparılmasının da zəruri olduğunu deyir. Onun sözlərinə görə, hər bir vətəndaş təhlükəsiz yaşamaq hüququna malikdir və bundan ötrü də, adamların müayinəsi çox vacibdir: «Xaricdən gələn əcnəbilərin və yerli vətəndaşların başqa ölkələrdən miqrasiya edən vətəndaşlarımızın ölkədə yoxlanılması ilə bağlı bir kampaniya keçiririk. Vətəndaşların sağlam yaşamaq kimi təbii hüququ var. Daxil olan miqrant yoxlanmırsa, öz sağlamlığının qayğısına qalmırsa, onda digərlərinin hüququnu da pozur və onların sağlamlığına böyük zərbə vurur».


Bəzi rəsmi göstəricilər də QİÇŞ virusuna yoluxmada digər səbəblərlə yanaşı, həm də xaricdən gələn adamların xüsusi çəkisinin olduğunu qeyd edir. UNESKO-nun son illərdəki hesabatında göstərilir ki, Azərbaycanda bu virusla yoluxma halları Rusiyadan və Ukraynadan gələn adamlar hesabına artıb.


Ümumdünya Səhiyyə Təşkilatının hesabatında isə deyilir ki, Rusiyanın 144 milyonluq əhalisinin 5 milyonu QİÇS virusunun daşıyıcısıdır. Digər tərəfdən Dünya Bankı da öz proqnozunda-Rusiyada yaxın 15 ildə virus daşıyıcılarının artacağını göstərilir.


İndi Azərbaycanda rəsmi olaraq, 2006-cı ilin dekabrın 1-nə olan məlumata görə, 1007 adam QİÇS infeksiyasının daşıyıcısıdır. Lakin bəzi ekspertlər də, bu göstəricinin reallıqdan ən azı 10 dəfə az olunduğunu deyirlər.


Virusa yoluxanların ölkəyə buraxılmaması, yaxud onların dönüşünün məhdudlaşdırmağa çalışanlarla yanaşı, hüquq müdafiə təşkilatları bunu yolverilməz sayırlar.


Hüquq müdafiəçilərindən Səidə Qocamanlı hesab edir ki, bu kimi arayışın alınması insan şəxsiyyətini alçaldır: «Çünki, insan şəxsiyyətinə toxunur və ləyaqətini alçaldır. İnsan hüquqları baxımından haradasa bu ağrılı problemdir».


Milli Məclisin İnsan Hüquqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova isə hesab edir müayinəyə getmək, yaxud müalicəyə getmək könüllülük prinsipilə bağlı bir məsələdir. Ona görə də, kimisə bu arayışı almağa məcbur etmək olmaz: «Kiminsə ürəyi xəstədir, böyrəyi xəstədir, xarici ölkəyə müalicə olunmaq üçün gedir. Belə olan şəkildə ölkələr arasındakı münasibətlərdə belə bir tələbin qoyulması o dərəcədə düzgün deyil. Azərbaycan parlamentində belə bir məsələ gündəmə gələ bilməz».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG