Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:38

BMT İranın Holokostu danmasını pisləyir


Polşadakı Holokost Xatirə Museyindən şəkil
Polşadakı Holokost Xatirə Museyindən şəkil

Holokostla bağlı BMT tədbirlərində İran tənqidlərlə üzləşib. Bundan əvvəl isə Holokostu pisləmək barədə BMT qətnaməsinin qəbulunda İran tək qalmışdı. O qətnamənin qəbulunda iştirak etməyən yeganə BMT üzvü oldu.


«Azadlıq» radiosunun BMT-dəki müxbiri Nikola Krastev bu beynəlxalq təşkilatın Nyu-Yorkdakı baş qərargahında Holokostla bağlı daha bir tədbirdə İranın tənqid hədəfinə çevrildiyini deyir. Avstriyanın sponsorluğu ilə keçirilən müzakirələrdə İranda antisemitizmin yüksəlişindən narahatlıq bildirilib. Prezident Mahmud Əhmədinejadın isə bu siyasətə rəvac verdiyi vurğulanıb. Birləşmiş Ştatlar Konqresinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə komissiyasının sədri Əlsi Hastinqs İranın Holokostu danmaq üçün bir neçə ayın içində iki konfrans keçirdiyini xatırladıb.


BMT hesab edir ki, İranın siyasəti dünyanı nəzarətə almaq barədə guya gizli yəhudi planları olması kimi şayiələri gücləndirir

Əhmədinejad İkinci Dünya Müharibəsində faşistlərin 6 milyon yəhudi öldürməsini mif adlandırır. O, tez-tez İsrailin xəritədən silinməsinə səsləyir. Amerikalı diplomat Hastinq Əhmədinejada məsləhət görüb ki, Avropaya gəlsin və İkinci Dünya Müharibəsində yəhudilərin kütləvi qırıldığı yerlərə baş çəksin: «Mən Əhmədinejaddan mənimlə Avstraliyaya, Sidneyə getməsini istərdim ki, yeni açılmış muzeydə tanış olduğum Holokost şahidləri ilə görüşsün. Və indiki cavanların dediyi kimi biz bu axmağa dözə bilmərik və onu çıxdaş etməliyik».


Almaniyanın BMT-dəki səfiri Tomas Matussek bu tənqidlərə qoşularaq xatırladıb ki, onun ölkəsində Holokostu danmaq cinayət sayılır və Əhmədinejadın bu barədə bəyanatları ilk pisləyənlərdən biri Almaniya olub: «Biz dərhal bəyan etdik ki, Əhmədinejadın dedikləri yolverilməzdir. Biz bütün diplomatik üsullarla İrana çatdıracağıq ki, nə düzdür, nə səhvdir».


BMT-nin keçmiş baş katibinin köməkçisi Xuan Mentez İran prezidentini həm də başqa bir məsələyə görə tənqid edib: «Prezident Əhmədinejad həm də mənim ölkəmin, Argentinanın ədliyyə sistemi ilə əməkdaşlıqdan boyun qaçırdığına görə, pislənməyə layiqdir. Ədliyyə orqanlarımız 1994-cü ildə Argentinanın yəhudi icmasına hücumda əli olduğu güman edilən iranlını istintaqa cəlb edib cəzalandırmağa çalışır. Həmin hücum 83 nəfərin ölümünə səbəb olmuşdu».


BMT-dəki bu müzakirələrdə iştirakçılar Holokostun danılmasının bir sıra neqativ effektlər verə biləcəyini də deyiblər. Bunlar arasında yəhudilərə qarşı ədavət, etnik və dini ədavət kimi məsələlər də var. Bu isə öz növbəsində dünyanı nəzarətə almaq barədə guya gizli yəhudi planları olması kimi şayiələri gücləndirir.


İsrailin yer üzündən silinməsinə çağıranları isə BMT-nin baş katibi tənqid edib. İran prezidenti Mahmud Əhmədinejad bir neçə ay qabaq həmin çağırışla çıxış etmişdi.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG