Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:03

UEFA fevralın 15-nə qədər qərarını verəcək


İki yığmanın qarşılaşması bu ilin sentyabr ayında baş tutmalıdı
İki yığmanın qarşılaşması bu ilin sentyabr ayında baş tutmalıdı

UEFA baş katibinin müavini Markus Ştruderin rəhbərlik etdiyi xüsusi komissiya futbol üzrə AÇ-2008-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Ermənistanın futbol yığmaları arasında keçiriləcək iki oyunun taleyinə dair qərarı fevralın 15-nə qədər çıxaracaq.


UEFA-nın oyunların məhz hər iki ölkənin paytaxtında keçirilməsinə dair sərt qərar və ya tərəflərdən birinə texniki mığlubiyyət verəcəyi istisna olunmur.


Ermənistan Futbol Federasiyasının rəsmiləri oyunların Bakıda və Yerevanda, AFFA rəhbərliyi isə neytral meydanda keçirilməsinə tərəfdardı.
İki yığmanın qarşılaşması bu ilin sentyabr ayında baş tutmalıdı.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG