Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:05

Azərbaycan Fransadan 6 təyyarə alacaq


Prezidenti İlham Əliyev yanvarın 29-da Fransaya gedib

Prezidenti İlham Əliyev yanvarın 29-da Fransaya gedib

Azərbaycan və Fransa arasında 387 milyon dollarlıq müqavilə və niyyət memorandumu imzalanıb. Fransanın «ATR» aviasiya zavodu ilə «AZAL» Azərbaycan hava yolları şirkəti arasında imzalanan sənədə əsasən, Azərbaycan Fransadan 130 milyon dollar dəyərində 6 yeni təyyarə alacaq. Təyyarələr 2007 və 2008-ci illərdə Azərbaycana çatdırılacaq. Bu isə «AZAL»a öz parkını yeniləməyə imkan verəcək.


Fransanın «Construction Industrielle de la Mediterranee» şirkəti ilə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi arasında əldə edilmiş niyyət memorandumu isə Bakıda zibillərin emalı müqaviləsini nəzərdə tutur. Bu müqavilənin maliyyə dəyəri 258 milyon dollardır.


Azərbaycan prezidenti İlham Əliyev yanvarın 29-da Fransaya gedib. «AzərTAc» Dövlət Teleqraf Agentliyinin məlumatına görə, tərəflər əsasən, mədəniyyət, mülki müdafiə, turizm, elm, ailə, qadın və uşaq problemləri ilə bağlı sənədlər imzalayacaqlar.


Günün bütün mövzuları

XS
SM
MD
LG