Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:29

«Nota-bene» qəzetinin əməkdaşı iki il azadlıqdan məhrum edilib


Fərəməz Novruzoğlu (Allahverdiyev) uzun müddət xalq hərəkatında iştirak edib

Fərəməz Novruzoğlu (Allahverdiyev) uzun müddət xalq hərəkatında iştirak edib

«Nota-bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu iki il müddətinə azadlıqdan məhrum edilib. Yanvarın 30-da Nərimanov Rayon Məhkəməsi bu barədə hökm çıxarıb. Həbsə səbəb Daxili İşlər naziri Ramil Usubovla Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Fərəməz Novruzoğluna, «Nota-bene» qəzetinin təsisçisi İlham Tumasa və həmin nəşrin baş redaktoru Sərdar Əlibəyliyə qarşı iddia qaldırmaları olub. İddialara qəzetin ötən ilin dekabr saylarında Fərəməz Novruzoğlunun «Boz kardinalın Naxçıvan yürüşü» və «Ramil Usubovun növbəti şər kampaniyası» başlıqlı məqalələri səbəb olub.


Məhkəmə prosesində təsisçiyə qarşı iddiaya xitam verilsə də, məqalələrin müəllifi Fərəməz Novruzoğlu iki il həbs cazasına, qəzetin baş redaktoru isə 1 il 6 ay islah cəzasına məhkum olunub.


«Azadlıq» radiosuna verdiyi açıqlamada qəzetin təsisçisi İlham Tumas bildirib ki, bu hökm ilə razılaşmadıqlarından Apellyasiya Məhkəməsinə müraciət etmək niyyətindədirlər.


Daxil İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə məhkəmənin hökmünü tam ədalətli hesab edir. Onun sözlərinə görə, bu, «Nota-bene» qezetində dövlət məmurlarına atılan böhtanlara hüquqi qiymətdir. Fərəməz Novruzoğlu (Allahverdiyev) uzun müddət xalq hərəkatında iştirak edib. O, bir müddət Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun rəhbər orqanlarında çalışıb. Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti devrildikdən sonra həbs edilərək bir müddət azadlıqdan məhrum edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG