Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:07

Əmircan qəsəbəsində baş verən yanğın nəticəsində iki nəfər azyaşlı ölüb


Yanvarın 30-u səhər saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsi Q. Quliyev küçəsi, 24 saylı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən «Azadlıq» radiosuna verilən məlumat görə, yanğın nəticəsində Xasmadov Nail Xaris oğluna məxsus, 1 otaqlı ev yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin uşaqları: 1999-cu il təvəllüdlü Atamanova Elnarə Nail qızının və 2006-cı il təvəllüdlü Atamanov Rauf Nail oğlunun meyitləri aşkar olunub. Hadisə zamanı yanğınsöndürənlərdən biri xəsarət alıb. Yanğının səbəbi və dəyən ziyan müəyyənləşdirilir.


XS
SM
MD
LG