Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:09

Keçmiş tələbələr yenidən etiraz aksiyalarına başladılar


Keçmiş tələbələrin aksiyası Binəqədi Rayon Məhkəməsinin qərarından sonra başlayıb

Keçmiş tələbələrin aksiyası Binəqədi Rayon Məhkəməsinin qərarından sonra başlayıb

Keçmiş Müstəqil Azərbaycan Universitetinin (MAU) bir qrup tələbəsi yanvarın 30-da yenidən təhsil hüquqlarının bərpası tələbi ilə kütləvi aksiyalara başlayıblar. Səhər saat 11 radələrində vaxtı ilə təhsil aldıqları keçmiş universitetinin inzibatı binası qarşısına toplaşan tələblər hüquqları bərpa edilənə qədər mübarizə aparacaqlarını bildiriblər. Tələbələrin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Vüqar Süleymanov deyir ki, aksiyaları bərpa etmələrinə səbəb Binəqədi Rayon Məhkəməsinin onların iddialarını təmin etməməsidir. Yanvarın 29-u sözü gedən məhkəmədə çıxarılan qətnamədə tələbələrin təhsil hüquqlarının bərpası iddiası əsassız sayılmışdı.


Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv etdikdən sonra universitetin 1-ci, 3-cü və 4-cu kurs tələbləri başqa ali məktəblərə köçürülüblər. MAU testdən kənar qəbul edilən və başqa ali məktəblərə köçürülməyən tələbələri isə həm müxtəlif aksiyalar keçirmək, həm də məhkəməyə müraciət etməklə təhsil hüquqlarının bərpasını tələb edirlər. Keçmiş tələbələr günorta radələrində Təhsil Nazirliyinin qarşısında da aksiya keçiriblər.


Ancaq aksiya axıra qədər davam etməyib və polis piketi dağıdıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG