Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:55

Liviya liderinin oğlu deyir ki, həkimlər edam olunmayacaqlar


Muəmmər Kəddafinin oğlu bəyan edir ki, Liviyada bolqar millətindən olan beş tibb bacısına çıxarılan ölüm hökmü icra olunmayacaq.


Bolqar mətbuatına müsahibəsində Liviya liderinin oğlu Seyf əl-İslam həmçinin deyib ki, o, zərərçəkənlərə kompensasiya ödənilməsi müqabilində tibb bacılarını azad etməyi təklif edir.


Liviya məhkəməsi beş bolqar tibb bacısı və fələstinli həkimi yerli xəstəxanada yüzlərlə uşağı qəsdən immun çatışmazlığı virusu ilə yoluxdurmada təqsirli bilib.


Avropa Birliyi və Bolqarıstan hakimiyyəti həkimlərin günahsızlığında israr edir, Liviya xəstəxanalarının acınacaqlı vəziyyətini ört-basdır etmək üçün işin saxtalaşdırıldığını bildirirlər.


XS
SM
MD
LG