Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:23

Tələbələrin iddiası təmin edilmədi


Binəqədi Rayon Məhkəməsi keçmiş Müstəqil Azərbaycan Universitetinin (MAU) təhsil hüquqlarının pozulduğunu iddia edən tələbələrinin iddiasını təmin etməyib. Yanvarın 29-da hakim Əhməd Sarıyevin sədrliyi ilə keçirilən prosesdə tələblərin iddialarının əsassız hesab edilməsinə dair qətnamə çıxarılıb.


Təhsil Nazirliyi MAU-nun lisenziyasını ləğv etdikdən sonra bu təhsil müəssisəsinin birinci, üçüncü və dördüncü kurs tələbələri başqa ali məktəblərə köçürülüblər.


MAU-ya testdənkənar qəbul edilən və başqa ali məktəblərə köçürülməyən ikinci kurs tələbələri isə təhsil hüquqlarının bərpası tələbilə məhkəməyə müraciət ediblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG