Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:57

Müsavat növbəti aksiyanı fevralın 18-də keçirmək niyyətindədir


Müsavat Partiyası ötən həftənin bazar günü də yürüş-mitinq keçirmişdi

Müsavat Partiyası ötən həftənin bazar günü də yürüş-mitinq keçirmişdi

Müsavat Partiyası hökumətin qiymətləri artırmasına etiraz olaraq kütləvi aksiyaları davam etdirmək niyyətindədir. Partiya Divanının yanvarın 29-da baş tutan toplantısında növbəti aksiyanın fevralın 18-də keçirilməsi ilə bağlı qərar verilib. Müsavat Partiyası bundan əvvəl - ötən həftənin bazar günü yürüş-mitinq keçirmişdi.


Qiymətlərin artırılmasına etiraz olaraq keçirilən həmin yürüş-mitinq 2005-ci il noyabrın 26-da dağıdılan mitinqdən sonra bütünlükdə müxalifətin keçirdiyi ilk icazəli kütləvi etiraz aksiyası idi. Həmin yürüş-mitinqə qədər dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» bloku Bakı şəhərində bir neçə yerdə icazəsiz kütləvi aksiya keçirməyə cəhd göstərsə də, polis buna imkan verməmişdi.


Musavat Divanının toplantısında fevralın 18-də keçirilməsi planlaşdırılan mitinqin təşkilat komitəsi də yaradılıb. Partiya İcra Aparatının rəhbəri Arif Hacılı komitənin sədri seçilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG