Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:45

Orduda insan hüquqlarının vəziyyətinə dair hesabat açıqlandı


2005-ci illə müqayisədə orduda cinayət hallarının artdığı bildirilir

2005-ci illə müqayisədə orduda cinayət hallarının artdığı bildirilir

«2006-cı ildə Azərbaycan silahlı qüvvələrində xidmət edən 46 hərbi qulluqçu və bir nəfər bu statuslu mülkü şəxs həlak olub. Onların 20 nəfəri cəbhə bölgəsindən uzaq qeyri döyüş şəraitində vəfat edib, 15 nəfər hərbçi isə yaralanıb». Silahlı Qüvvələrə İctimai Nəzarət üzrə Monitorinq Qrupu orduda insan hüquqları ilə bağlı 2006-cı ilin yekunlarına dair hesabatında belə göstərilir. Monitorinq Qrupunun üzvü Ələkbər Məmmədovun sözlərinə görə, bu hesabatda orduda insan hüquqlarının vəziyyətindən başqa digər problemlərə də toxunulub. Sənəddə qeyd edilib ki, orduda yerlibazlıq, qohumbazlıq və zorlama halları hələ də davam etməkdədir.


Ələkbər Məmmədov deyir ki, hərbi qulluqçuların müxtəlif vaxtlarda pozulmuş hüquqlarının bərpası ilə bağlı ümumilikdə 100-ə qədər məhkəmə hökmü olmasına baxmayaraq, Müdafiə Nazirliyi onları icra etməkdən imtina edir. Hesabatda o da bildirilir ki, 2005-ci illə müqayisədə orduda cinayət hallarının sayı çoxalıb.


Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov hesabatla razılaşmadığını bildirir. Onun sözlərin görə, sənəd qərəzli hazırlanıb və reallığı əks etdirmir: «Hesabatı hazırlayan Monitorinq Komitəsinin üzvləri əsasən ordudan incik düşmüş insanlar olduğundan onların hesabatı obyektiv ola bilməz». Ramiz Məlikov sənədə daha ətraflı yaxın günlərdə rəsmi münasibət bildiriləcəyini dedi.


Günün bütün mövzuları

XS
SM
MD
LG