Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:53

İran MAQATE rəhbərinin təkliflərini nəzərdən keçirir


Tehran bəyan edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Məhəmməd əl-Baradeyin təkliflərini nəzərdən keçirmək üçün vaxt lazımdır.


MAQATE rəhbəri «taym-aut» götürməyi təklif edib: İran müvəqqəti nüvə işlərini dayandırır, eyni zamanda BMT İrana qarşı sanksiyalara xitam verir.


Əl-Baradey təkliflərini ötən həftə Davosda Ümumdünya iqtisadi forumunda səsləndirib. O, İranda dinc dialoqu davam etdirməyin zəruriliyini qeyd edib, bildirib ki, mübahisəni hərbi yolla həll etmək yönündə istənilən cəhd faciə ilə nəticələnə bilər.


XS
SM
MD
LG