Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:10

Həmsədrlər məsuliyyəti prezidentlərin üzərinə qoyur


Həmsədrlər prezidentləri öz dövlətlərinin ictimaiyyətlərini kompromislərə hazırlamağa çağırırlar

Həmsədrlər prezidentləri öz dövlətlərinin ictimaiyyətlərini kompromislərə hazırlamağa çağırırlar

ATƏT-in Minsk Qrupunun həmsədrləri - Yuri Merzlyakov, Bernar Fassie və Mətyu Brayza dörd gün davam edən görüşlərdən sonra Ermənistan və Azərbaycan liderləri tərəfindən nümayiş etdirilən konstruktiv yanaşmadan öz razılıqlarını bildiriblər.


Həmsədrlərin yanvarın 29-da yaydığı birgə bəyanatda deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas prinsiplərin tamamlanması yolunda Ermənistan və Azərbaycan prezidentləri tərəfindən göstərilən konstruktivlik onları ruhlandırır.


Həmsədrlər həftə ərzində görüşdükləri bütün tərəflərin səylərini qiymətləndirirlər: «Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh həllinin tapılması işində məsuliyyət Ermənistan və Azərbaycan prezidentlərinin üzərinə düşür və Minsk Qrupunun həmsədrləri onlara bu işdə yardım edəcəklər. Prezidentlər öz milli maraqlarını fəal müdafiə etməkdədirlər, lakin bunu sülh prosesinin davamına imkan yaradan bir tərzdə edirlər».


Həmsədrlər münaqişə tərəflərini danışıqlarda əldə olunmuş nəticələri qoruyaraq öz dövlətlərinin ictimaiyyətlərini kompromislərə hazırlamağa çağırırlar. Eyni zamanda, onlar tərəflər arasında inamın və anlaşmanın səviyyəsinin artırılması üçün tərəfləri etimad yaradan tədbirlərin axtarışına və atəşkəs rejiminin qorunmasına dəvət edirlər.


Bu il yanvarın 23-də Azərbaycan və Ermənistan Xarici İqşlər nazirləri - Elmar Məmmədyarov və Vartan Oskanyan arasında görüş keçirilib. Sonra regiona səfər edən həmsədrlər iki ölkənin prezidentləri İlham Əliyev və Robert Koçaryan və separatçı rejimin rəhbəri Arkadi Qukasyanla görüşüblər.


Günün bütün mövzuları

XS
SM
MD
LG