Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:44

Səhiyyə və Kənd Təsərrüfatı nazirlikləri Salyan sakininin vəfatı ilə bağlı bəyanat yayıblar


«2007-ci il yanvarın 24-də Ağciyər Xəstəlikləri İnstitutuna bronxo-pnevmaniya diaqnozu ilə yerləşdirilmiş Əjdər Əsgərov aparılmış müalicəyə baxmayaraq yanvarın 28-də vəfat edib. Xəstədən götürülmüş müayinələr taun əleyhinə stansiyasının virusoloji laboratoriyasında və Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq laboratoriyasında bir neçə dəfə müayinə edilib. Nəticələr mənfi olub».


Yanvarın 29-da Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin Salyan rayonu Dayıkənd kənd sakininin vəfatı ilə əlaqədar yaydığı birgə bəyanatda belə deyilir.


Sənəddə bildirilir ki, hazırda mərhumdan götürülmüş nümunələrin Ümumdünya Səhiyyə Təşkilatının laboratoriyasına göndərilməsi üçün tədbirlər görülür.


Bəyanatda həmçinin Salyanın Dayıkənd kəndində və ətraf ərazidə ev və çöl quşları arasında yoluxma halları və kütləvi təlafatın müşahidə olunmadığı bildirilir.


2006-cı ildə Salyanın Dayıkənd kənd sakinlərindən Ağciyər Xəstəlikləri İnstitutunda «quş qripi»ndən müalicə alanlar və vəfat edənlər olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG